ngtech-light

Xidmətlərimiz

Bulud Texnologiyaları və Mühitlər

https://admin.newgentech.az/uploads/services/6882190986bc4.png

Müasir bizneslər üçün çeviklik, qənaət və etibarlılıq uğurun əsas elementlərindəndir. NGTech olaraq, sizə AWS, Azure, Google Cloud və lokal bulud infrastrukturları üzərindən tam uyğunlaşdırılmış bulud həlləri təqdim edirik.

Tətbiqlər, serverlər, verilənlər bazası və ehtiyat sistemlərinizi buluda daşımaqla əməliyyat xərclərinizi azaldır, sistemlərinizi miqyaslana bilən və yüksək davamlı formaya salırıq. DevOps və konteyner texnologiyaları ilə avtomatlaşdırılmış, çevik və təhlükəsiz İT mühiti qururuq.

 

Biz sizə biznesiniz üçün ən uyğun həlli seçməkdə kömək edirik.

Əlaqə saxlayın

Suallarınız var? Aşağıdakı formanı doldurun. Komandamız tez bir zamanda sizinlə əlaqə saxlayacaq.

Xidmət İmkanlarımız

uploads/services/68821bf8a2cd7.png
  • Bulud Platformalarının Seçimi və Strategiya

    NGTech olaraq biznes məqsədlərinizə uyğun olaraq AWS, Azure, Google Cloud və ya lokal bulud modelləri əsasında doğru platforma strategiyasını müəyyən edirik. İnfrastrukturunuzun növünə görə public, private və ya hybrid modelləri seçərək sürətli keçid və maksimum uyğunluq təmin edirik.

  • Migrasiya və Yenidən Arxitektura

    İstər "Lift & Shift" yanaşması ilə fiziki serverlərin buluda daşınması, istərsə də mikroservis əsaslı yenidənqurma – NGTech köhnə sistemlərinizi bulud üçün yenidən strukturlaşdırır. Bu mərhələdə həm də verilənlər bazası, ehtiyat sistemləri və tətbiqlər buluda inteqrasiya edilir.

  • DevOps və Avtomatlaşdırma Prosesləri

    GitLab CI, Jenkins və GitHub Actions kimi alətlərlə CI/CD boru xətləri quraraq avtomatik deployment prosesləri həyata keçiririk. NGTech DevOps komandası koddan buluda qədər bütün dövrü çevik, izlənəbilən və səmərəli şəkildə təşkil edir.

  • Konteyner Texnologiyaları və İdentifikasiya İdarəetməsi

    Docker və Kubernetes texnologiyaları ilə tətbiqlər miqyaslana bilən, mərkəzsiz və çevik struktura gətirilir. Eyni zamanda bulud əsaslı Identity & Access Management (IAM) sistemi ilə istifadəçi girişləri şifrələnmiş şəkildə idarə olunur - resurslara təhlükəsiz və nəzarətli çıxış təmin edilir.

  • Təhlükəsizlik, Nəzarət və Davamlılıq

    NGTech disaster recovery, cross-region backup, snapshot və yedəkləmə sistemləri ilə iş davamlılığı və məlumat bərpasını təmin edir. CloudWatch, Stackdriver və s. ilə real-time performans və xərclərin monitorinqi aparılır. GDPR və ISO uyğunluğuna nəzarət olunur, firewall qaydaları ilə bulud mühitində yüksək təhlükəsizlik qurulur.

Digər Xidmətlər