ngtech-light

Xidmətlərimiz

Çağrı mərkəzi Avtomatlaşdırma

https://admin.newgentech.az/uploads/services/688219f164605.png

NGTech müasir çağrı mərkəzlərinin effektivliyini, çevikliyini və məhsuldarlığını artırmaq üçün süni intellekt və avtomatlaşdırma texnologiyalarını bir araya gətirir. IVR sistemləri, real-time yönləndirmə, səsli analiz və sentiment ölçümü kimi imkanlarla müştəri məmnuniyyəti yüksəlir, əməliyyat xərcləri isə azalır.

Eyni zamanda CRM sistemləri ilə inteqrasiya olunmuş bu platformalar satış və dəstək komandalarının real vaxtda daha düzgün qərarlar verməsinə və sürətli cavab verməsinə imkan yaradır. NGTech ilə çağrı mərkəziniz daha ağıllı, daha sürətli və daha effektiv işləyəcək.

Biz sizə biznesiniz üçün ən uyğun həlli seçməkdə kömək edirik.

Əlaqə saxlayın

Suallarınız var? Aşağıdakı formanı doldurun. Komandamız tez bir zamanda sizinlə əlaqə saxlayacaq.

Xidmət İmkanlarımız

uploads/services/68821c411a2ed.png
  • IVR və Ağıllı Yönləndirmə Sistemləri

    Səslə işləyən IVR texnologiyaları ilə interaktiv menyular, avtomatik cavablandırıcılar və intellektual çağrı yönləndirmə sistemləri qururuq. Müştəri müraciətləri minimal gözləmə ilə doğru operatora və ya xidmətə yönləndirilir.
  • Süni İntellekt və Chatbot Texnologiyaları

    ASR (səs tanıma), NLP (təbii dilin başa düşülməsi) və kontekstual cavab mexanizmləri ilə avtomatik cavab verən AI chatbot sistemləri qururuq. Müştəri suallarını real vaxtda tanıyır, cavablandırır və ehtiyac olduqda canlı operatora yönləndirir.

  • Operator Dəstəyi və CRM İnteqrasiyası

    Agent ekranlarında canlı transkript, səs yazılarının analizləri və real-time müşahidə modulları ilə operatorların işini asanlaşdırırıq. Bu sistemlər CRM platformaları ilə inteqrasiya olunaraq müştəri məlumatlarının avtomatik çıxarılmasını və cavabların fərdiləşdirilməsini təmin edir

  • Sentiment Analizi və Emosional Tanıma

    Sistem, müştərinin səsindəki narazılığı və emosional dəyişiklikləri tanıyar, avtomatik xəbərdarlıq və tövsiyələr təqdim edər. Bu, reaktiv cavabların sürətli və düzgün verilməsinə və müştəri məmnuniyyətinin qorunmasına kömək edir.

  • Omnichannel İdarəetmə və Analitika

    Zənglər, e-poçt, SMS, WhatsApp və digər kanallar bir mərkəzdən izlənilir. AHT, FCR, NPS və digər KPI-lərlə performans və keyfiyyət real vaxtda ölçülür. Realtime dashboardlarla komanda rəhbərləri üçün tam şəffaf nəzarət təmin olunur.

Digər Xidmətlər