ngtech-light

Xidmətlərimiz

Nüfuzetmə Testləri (Pentest)

https://admin.newgentech.az/uploads/services/68822d39ad16e.png

Hakerlər gözləmirlər. Buna görə də sizin sistemləriniz əvvəlcədən hazır olmalıdır. NGTech tərəfindən həyata keçirilən etik nüfuzetmə testləri (pentest) ilə real hücum ssenarilərini modelləşdirərək, sistem və tətbiqlərinizin zəif nöqtələrini aşkarlayırıq.

Biz yalnız təhlükələri göstərmirik. Zəifliklərin necə aradan qaldırılacağını, hansı prioritetlərlə və hansı texniki yolla etməli olduğunuzu da izah edirik. Bütün testlər OWASP və ISO 27001 standartlarına əsasən hazırlanır.

Biz sizə biznesiniz üçün ən uyğun həlli seçməkdə kömək edirik.

Əlaqə saxlayın

Suallarınız var? Aşağıdakı formanı doldurun. Komandamız tez bir zamanda sizinlə əlaqə saxlayacaq.

Xidmət İmkanlarımız

uploads/services/68822f5d50fbb.png
  • Pentest Stratejisi və Təhlil Sahəsinin Müəyyənləşməsi

    Hədəf sistemlərə uyğun olaraq web, mobil, şəbəkə və server səviyyəsində test planı hazırlanır. Əhatə dairəsi, metodologiya və retest planı öncədən razılaşdırılır.
  • İcazəli və Qanuni Etik Hücumlar (White-Hat)

    Təhlükəsizlik testləri rəsmi razılaşma, məsuliyyət çərçivəsi və məlumatların qorunması prinsipləri çərçivəsində aparılır. Bu, hüquqi və etik uyğunluğu təmin edir.

  • Zəiflik Aşkarlanması və Aktiv Exploit Testləri

    Burp Suite, Nessus, OpenVAS və digər alətlər ilə avtomatik scanning, həmçinin əl ilə SQLi, XSS, CSRF, RCE kimi təhlükə ssenarilərinə qarşı testlər aparılır. Real boşluqlar aşkarlanır və sübutları (PoC) ilə sənədləşdirilir.

  • Ətraflı Hesabatlandırma və Risk Analizi

    Təhlükələrin təsir səviyyəsi, istismar dərəcəsi, biznes təsiri və təhlükənin aradan qaldırılması üçün texniki təkliflər təqdim olunur. Hesabatlar həm texniki, həm də idarəedicilər üçün oxunaqlı formatda verilir.

  • Uyğunluq və Retest Xidmətləri

    PCI DSS, ISO 27001 və OWASP Top 10 kimi standartlara uyğunluq yoxlamaları, zəifliklərin aradan qaldırılmasından sonra yenidən testlər (retest)sertifikatlaşdırma üçün sənədləşmə təmin olunur.

Digər Xidmətlər