ngtech-light

Xidmətlərimiz

Süni İntellekt (AI) Həlləri

https://admin.newgentech.az/uploads/services/68822ca4ec8aa.png

Süni intellekt artıq gələcəyin deyil, bu günün texnologiyasıdır. NGTech olaraq biz AI və maşın öyrənməsi əsaslı həllərlə bizneslərə analitik dəqiqlik, avtomatlaşdırılmış qərarvermə və sürətli əməliyyat çevikliyi təqdim edirik.

Chatbotlardan səsli köməkçilərə, sənəd tanıma və davranış analitikasından tövsiyə sistemlərinə qədər qurduğumuz modellər, müştəri məmnuniyyətini artırır, xərcləri azaldır və məhsuldarlığı yüksəldir. Ən önəmlisi isə rəqəmsal transformasiyanı ölçüləbilən nəticələrə çevirir.

Biz sizə biznesiniz üçün ən uyğun həlli seçməkdə kömək edirik.

Əlaqə saxlayın

Suallarınız var? Aşağıdakı formanı doldurun. Komandamız tez bir zamanda sizinlə əlaqə saxlayacaq.

Xidmət İmkanlarımız

uploads/services/68822e528476f.png
  • Süni İntellektlə Dəstək Botları və Səsli Köməkçilər

    NGTech NLP əsaslı chatbotlar, Alexa və Google Assistant kimi platformalar üçün səsli köməkçi sistemləri yaradır. Müştəri dəstəyi, e-ticarət və daxili əməliyyatlar üçün 24/7 işləyən, təbii dildə anlayışa sahib AI botlar təqdim edirik.
  • Computer Vision və Obyekt Tanıma

    Şəkil və video analizləri üzərində qurulan sistemlərlə obyekt tanıma, hərəkət izləmə, insan identifikasiyası və loqo aşkarlama funksiyalarını təmin edirik. Bu texnologiyalar keyfiyyətə nəzarət, təhlükəsizlik və sənaye avtomatlaşdırması üçün əvəzsizdir.

  • Proqnozlaşdırıcı Analitika və Qərar Mexanizmləri

    AI modellərimizlə satış trendi, avadanlıq nasazlığı, xəstəlik ehtimalı və müştəri davranışları proqnozlaşdırılır. Əlavə olaraq, model və qayda əsaslı avtomatik qərarverici sistemlər (kredit, sığorta, seçimlər) ilə bizneslər daha sürətli və düzgün qərar alır.

  • Data Processing və Tövsiyə Sistemləri

    Böyük həcmli məlumatların təmizlənməsi, qruplaşdırılması və analizi üçün ETL alətləri, klaster alqoritmləri və təlimlənmiş AI modelləri tətbiq edirik. Eyni zamanda şəxsi məhsul/məzmun tövsiyə sistemləri ilə müştəri davranışını daha dərindən analiz etmək mümkündür.

  • Texniki İnteqrasiya və AI Platformaları

    TensorFlow, PyTorch, Scikit-learn, spaCy, OpenCV və digər alətlərdən istifadə edərək, modellərin RESTful API-lərlə sistemlərinizə inteqrasiyasını təmin edirik. Bu, AI həllərinin praktik istifadəsini və genişlənməsini asanlaşdırır.

Digər Xidmətlər