ngtech-light

Xidmətlərimiz

Kiber Təhlükəsizlik Həlləri

https://admin.newgentech.az/uploads/services/688218d3190d3.png

Kibertəhlükəsizlik müasir dövrün ən böyük risklərindən biridir və biznesin davamlı fəaliyyəti üçün kritik önəm daşıyır. NGTech olaraq, müasir texnologiyalar əsasında şəbəkə qorunması, məlumat şifrələməsi, istifadəçi autentifikasiyası, DDoS müdafiəsi və proaktiv təhlükə monitorinqi daxil olmaqla kompleks təhlükəsizlik həlləri təqdim edirik.

Biz yalnız texniki qorunmanı yox, eyni zamanda insidentlərə cavab, təhlükəsizlik siyasətləri və komanda məlumatlandırması vasitəsilə təşkilati təhlükəsizlik səviyyənizi də yüksəldirik. Məqsədimiz  24/7 təhlükəsizlik və tam nəzarət mühiti yaratmaqdır.

Biz sizə biznesiniz üçün ən uyğun həlli seçməkdə kömək edirik.

Əlaqə saxlayın

Suallarınız var? Aşağıdakı formanı doldurun. Komandamız tez bir zamanda sizinlə əlaqə saxlayacaq.

Xidmət İmkanlarımız

uploads/services/68820b04b494d.png
  • Şəbəkə və İnfrastruktur Təhlükəsizliyi

    NGTech şəbəkə səviyyəsində Firewall, VPN, IDS/IPS sistemləri və topoloji təhlükəsizlik arxitekturaları ilə müdafiə təmin edir. Layer 7 qorunması və Web Application Firewall (WAF) texnologiyaları ilə trafik səviyyəsində hücumların qarşısı alınır, DDoS və bot hücumlara qarşı davamlılıq artırılır.
  • Cihaz, Endpoint və Şifrələmə Texnologiyaları

    Antivirus, antimalware, cihaz şifrələməsi və Mobile Device Management (MDM) sistemləri ilə bütün cihazlar qorunur. Eyni zamanda SSL/TLS, AES-256, RSA və HSM əsaslı kriptoloji açar idarəsi ilə məlumat axını tam şifrələnir və qorunur.

  • İstifadəçi Girişlərinin İdarəedilməsi

    NGTech MFA/2FA, SSO, OAuth, LDAP və Active Directory texnologiyaları ilə istifadəçi autentifikasiyasını və identifikasiya idarəsini tətbiq edir. Bu yanaşma ilə istifadəçilər sistemə etibarlı və nəzarətli şəkildə daxil olur, daxili təhlükələr minimallaşdırılır.

  • Proaktiv Monitorinq və İnsident Cavabı

    SIEM platformaları vasitəsilə real vaxtda təhlükə aşkarlanması həyata keçirilir. Hücum və sızmalar baş vermədən əvvəl sistem xəbərdarlıq və cavab mexanizmləri ilə müdaxilə edir. Penetration testləri, phishing simulyasiyaları və social engineering testləri ilə boşluqlar vaxtında aşkarlanır.

  • Audit və Məlumatlandırma

    NGTech komandası ISO 27001, GMP və digər beynəlxalq standartlara uyğun audit və siyasət sənədləri hazırlayır. İT risk idarəetməsi, insident response planları və məlumat qoruma protokolları ilə yanaşı, komanda üçün daxili təhlükəsizlik təlimləri və awareness sessiyaları təşkil olunur.

Digər Xidmətlər