ngtech-light

Xidmətlərimiz

Proqram Təminatı və Sistem İntegrasiyası

https://admin.newgentech.az/uploads/services/688217cb9fbfb.png

Müasir bizneslər üçün sadəcə bir proqram deyil, bir-biri ilə əlaqəli, çevik və avtomatlaşdırılmış sistemlər vacibdir. NGTech olaraq, istər sıfırdan hazırlanan ERP, CRM, HRM sistemləri, istərsə də sektor spesifik proqram təminatları ilə müştəriyə tam uyğunlaşdırılmış proqram həlləri təqdim edirik. Mövcud sistemlər arasında da API, Webhook, SDK vasitəsilə inteqrasiya həyata keçirərək tam sinxron və problemsiz İT mühiti yaradırıq.

Hədəfimiz proseslərinizi avtomatlaşdırmaq, məlumat axınını sürətləndirmək və resurslarınızı maksimum dərəcədə səmərəli idarə etməyə şərait yaratmaqdır.

Biz sizə biznesiniz üçün ən uyğun həlli seçməkdə kömək edirik.

Əlaqə saxlayın

Suallarınız var? Aşağıdakı formanı doldurun. Komandamız tez bir zamanda sizinlə əlaqə saxlayacaq.

Xidmət İmkanlarımız

uploads/services/68820a9b3935d.png
  • Biznes Sistemləri və ERP Həlləri

    NGTech satış, müştəri münasibətlərinin idarə olunması (CRM), insan resursları (HRM), loqistika və resurs planlaması sahəsində fərdi ERP sistemləri və kompleks idarəetmə platformaları qurur. Bu sistemlər müəssisədaxili məlumat axınını bir mərkəzdə cəmləyir, əməliyyatlarınızı avtomatlaşdırır və idarəetməni rəqəmsallaşdırır. Hər bir sistem modul əsaslı, genişlənə bilən və hesabatlılıq təmin edən quruluşda hazırlanır.

  • Xüsusi Proqramlar

    Müxtəlif sənaye sahələrinin (tibbi, hüquqi, maliyyə, bank, təhsil və s.) spesifik ehtiyaclarına uyğun məxsusi proqram təminatları hazırlayırıq. Bu tətbiqlər müvafiq normativ tələblərə uyğun olaraq kodlaşdırılır, məlumatların qorunması və funksionallıq baxımından maksimum uyğunluq və təhlükəsizlik təmin edilir. Məqsəd, sahəyə uyğun prosesləri rəqəmsallaşdıraraq effektiv iş axını və real-time nəzarət yaratmaqdır.

  • Sistemlərarası İnteqrasiya

    NGTech müxtəlif proqramlar və platformalar arasında API, Webhook, WebSocket, SDK texnologiyaları ilə iki və ya çox tərəfli inteqrasiyalar qurur. Müştəri məlumat bazaları, ERP sistemləri, SaaS platformaları və daxili proqramlar arasında real vaxtda məlumat mübadiləsi və sinxronizasiya təmin edilir. Həmçinin, iPaaS həlləri (MuleSoft, Dell Boomi, Workato və s.) ilə genişmiqyaslı sistem əlaqələndirmə strategiyaları təklif edirik.

  • Data Axını və ETL Prosesləri

    Verilənlərin düzgün ötürülməsi, transformasiyası və saxlanması istənilən İT layihəsinin əsasıdır. NGTech verilənlər bazası köçürməsi (data migration), ETL prosesləri (Extract, Transform, Load) və strukturlaşdırılmış məlumat axını üçün tam həllər təqdim edir. Bütün data axını sistemlərarası sinxronlaşdırılır, eyni zamanda məlumatın bütövlüyü və təhlükəsizliyi qorunur.

  • Keyfiyyət, Monitorinq və DevOps

    Proqram təminatının sabit və davamlı işləməsi üçün NGTech manual və avtomatik test ssenariləri (unit, stress, load, security testing) ilə tətbiqləri yoxlayır. Əlavə olaraq, DevOps mühəndislərimiz CI/CD prosesləri, error tracking, test coverage və deployment monitorinq sistemləri qurur. SLA əsaslı xidmət monitorinqi, sistem status hesabatları və təhlükəsizlik nəzarəti ilə uzunmüddətli texniki sabitlik təmin olunur.

Digər Xidmətlər