ngtech-light

Xidmətlərimiz

İT Konsultasiya və Strateji Məsləhət

https://admin.newgentech.az/uploads/services/688219921ca35.png

Texnologiyaya yatırımlar yalnız düzgün planlaşdırıldıqda və idarə olunduqda dəyər yaradır. NGTech komandası olaraq müəssisələrə texnologiya planlaması, risk qiymətləndirilməsi, İT siyasətləri və rəqəmsallaşma strategiyası üzrə konsultasiya xidmətləri təqdim edirik.

Hazırkı İT infrastrukturunun qiymətləndirilməsindən başlayaraq texnoloji yol xəritəsi, layihə sənədləri və tenderə hazırlığa qədər bütün prosesləri sizin üçün metodoloji və nəticəyönlü şəkildə planlayırıq.

Biz sizə biznesiniz üçün ən uyğun həlli seçməkdə kömək edirik.

Əlaqə saxlayın

Suallarınız var? Aşağıdakı formanı doldurun. Komandamız tez bir zamanda sizinlə əlaqə saxlayacaq.

Xidmət İmkanlarımız

uploads/services/68821c270a110.png
  • İT İnfrastruktur Analizi və Arxitektura Planlaması

    NGTech mövcud sistemlərin inventarizasiyası, zəifliklərin təhlili və arxitektur boşluqların aşkarlanması ilə başlayır. Daha sonra məqsədyönlü, təhlükəsiz və miqyaslana bilən sistem arxitekturası təklif edirik. Bu yanaşma texnologiya seçiminin əsasını təşkil edir.
  • Risklərin Qiymətləndirilməsi və Uyğunluq

    ISO, GDPR, SOC2 kimi beynəlxalq standartlara uyğun compliance qiymətləndirmələri, daxili nəzarət mexanizmləri və audit prosedurları həyata keçiririk. Bu analizlər İT sistemlərinin regulyativ tələblərə uyğunluğunu və əməliyyat risklərini ortaya çıxarır.

  • İqtisadi Model və Texnologiya Seçimi

    Biz yalnız texnologiyanı deyil, onun biznesə təsirini də ölçürük. ROI modelləri, TCO hesabatları və səmərə dəyərləndirmə metodları ilə İT layihələrinin iqtisadi əsaslandırılmasını aparırıq. Paralel olaraq effektiv və davamlı texnologiya yığımı (tech stack) tövsiyə edirik.

  • Layihə və Dəyişiklik İdarəetməsi

    Yeni texnologiyaların tətbiqində layihə idarəetməsi (Agile, Scrum, Kanban, Waterfall) metodologiyaları üzrə praktiki dəstək veririk. Eyni zamanda rəqəmsal keçidlər üçün change management strategiyası və əməkdaş təlimləri həyata keçirərək müvəffəqiyyətli transformasiya prosesləri qururuq.

  • Tender Sənədləri və Texniki Tapşırıqlar

    NGTech xüsusi texnoloji layihələr üçün TOR (texniki tapşırıq) hazırlanması, tender şərtlərinin tərtibi və satınalma sənədlərinin dəstəklənməsi xidmətlərini təqdim edir. Bu yanaşma sizə daha şəffaf, planlı və nəticəyə yönəlmiş texnoloji satınalma prosesləri qazandırır.

Digər Xidmətlər